Zlatan İbrahimoviçsiz İsveç yığması dünya çempionatının 1/4 finalı çərçivəsində İngiltərə ilə oyuna hazırlaşır. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, 37 yaşlı futbolçu son olaraq skandinaviyalıların mundialdakı şanslarını dəyərləndirib.
Onun fikrincə, İsveç dünya çempionatının qalibi ola bilər: “Artıq 1/4 finaldayıq, emosiyalar aşıb-daşır. Üstünlük hisslərinə daha yaxşı hakim olan komandanın tərəfində olacaq. İsveç dünya çempionu ola bilər. Mundial başlamamışdan öncə də bunu demişdim. Güclü Meksikanı məğlub etdilər, ardınca İsveçrə bizimlə bacarmadı. Heç kimin gözləmədiyi halda, İsveç uğurla yoluna davam edir”.
Qeyd edək ki, İsveç – İngiltərə oyunu sabah keçiriləcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək