Aprelin 2-5-i aralığında kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki. yarış Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycan İdman Akademiyasının stadionunda təşkil olunacaq turnirin proqramına əsasən, aprelin 2-də idmançıların rəsmi sınaq atışları və məşqləri olacaq, aprelin 3-ü və 4-də isə əsas yarışlar gerçəkləşəcək.
Bakı Kubokunun qalibləri aprelin 5-də müəyyənləşəcək. U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədə hədəfi dəqiqliklə vurmaq üçün bacarıqlarını göstərəcəklər.
Olimpiya sistemi ilə hesablanacaq nəticələrə əsasən, fəxri kürsüdə yer alan idmançılar Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib