[b]“Karyeramın ən acınacaqlı anıdı” - Neymar[/b]
07.07.2018 - 22:00
[b]“Karyeramın ən acınacaqlı anıdı” - Neymar[/b]

Braziliya millisinin lideri Neymar dünya çempionatındakı çıxışlarını dəyərləndirib. Apasport.az saytı xəbər verir ki, superulduz instaqram səhifəsi vasitəsilə hisslərini bölüşüb.

 

Neymar ağır dönəmdən keçdiyini etiraf edib: “Deyə bilərəm ki, karyeramın ən acınacaqlı anıdı. İndiki durum məni çox incidir. Çünki daha irəli gedə və yeni tarix yaza bilərdik. Ancaq bu dəfə olmadı. Yenidən futbol oynamaq istəyi, gücü tapmaq çətindi. Əminən ki, Tanrı mənə bu vəziyyətdən çıxmaq üçün lazımi gücü verəcək. Buna görə də heç vaxt Tanrıya şükr etməkdən vaz keçməyəcəm. Bu komandanın bir parçası olduğum üçün xoşbəxtəm və hamı ilə qürur duyuram. Xəyalımız gerçəkləşmədi, ancaq ürəyimizdə və ağlımızda qaldı”.

 

Qeyd edək ki, Braziliya yığması 1/4 finalda Belçikaya (1:2) məğlub olaraq, dünya çempionatı ilə vidalaşıb.