[b]Kavani 1/4 finalda oynayacaq?[/b]
06.07.2018 - 01:40
[b]Kavani 1/4 finalda oynayacaq?[/b]

Edinson Kavaninin dünya çempionatının 1/4 finalında oynayıb-oynamayacağı maraqla gözlənilir. Apasport.az saytının məlumatına görə, uruqvaylı oyunçu özü Fransa ilə görüşdə meydana çıxmaq üçün əlindən gələni edir.

Uruqvay millisinin baş məşqçisi Oskar Tabares də bu barədə açıqlama verib: “Edison zədədən sonra çox məyus olmuşdu. Bizim üçün vacib futbolçudu. Həm də əla formadadı. Matç başa çatan kimi zədəsinin bərpası üçün çalışır. Fransaya qarşı oynamaq üçün hər şey edir. Amma oynayıb-oynamayacağını dəqiq bilmirəm. Hər şey oyun günü bəlli olacaq”. 

Qeyd edək ki, Kavani Portuqaliya ilə oyunun 74-cü dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.