
“Kəpəz” yeni mövsümlə bağlı çalışmalara başlayıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi iddialılar sırasında olmaq üçün heyətdə ciddi dəyişikliklərə getməyi planlaşdırır.
Daha öncə xəbər verdiyimiz kimi, klub Şervoni Mabatşoyevlə yollarını ayıracaq. Mövsümün sonunda müqaviləsi bitəcək oyunçu ilə yeni sözləşmə imzalanmayacaq.
"Kəpəz" artıq digər hücumçusu Paçu Lira ilə bağlı qərarını verib. Onunla yeni müqavilə imzalanacağı bildirilir.
Braziliyalı forvardla yanaşı, Mahamadu Ba və Dioqo Verdaska da böyük ehtimalla komandada qalacaq. Hazırda klub rəhbərliyi həmin futbolçularla danışıqlar aparır. Hər iki legionerin "Kəpəz"də qalmağa müsbət yanaşdığı, lakin mövsümün sonunu gözlədikləri bildirilir.
Qeyd edək ki, 3 futbolçunun da müqavilə müddəti iyun ayının sonuna qədərdir.