“Qəbələ” Zirədən xalsız qayıdır - YENİLƏNİB
07.11.2026 - 20:28
Bu gün Misli Premyer Liqasında XI turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, günün son matçı Zirədə baş tutub.
"Qartallar" öz meydanında "Qəbələ"ni sınağa çəkib.
İlk hissədə iki qol vurulub. Tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Oyunun taleyi ikinci yarıda həll olunub. Matçın son dəqiqələrində "qartallar" qələbə topunu vurmağı bacarıblar - 2:1.
Misli Premyer Liqası
XI tur
18:30. "Zirə" – "Qəbələ" 2:1
Zirə İK stadionu
0
0