“Kəpəz” – “Sumqayıt” matçına 4000 bilet satılıb
17.09.2026 - 18:16
“Kəpəz” – “Sumqayıt” matçına 4000 bilet satılıb

Misli Premyer Liqasının VI turunda keçiriləcək “Kəpəz” – “Sumqayıt” matçına bilet satışı davam edir.

Apasport.az xəbər verir ki, qarşılaşma üçün indiyədək “iticket.az” saytı və Gəncə Şəhər Stadionunun kassaları vasitəsilə 4000 bilet satılıb.

Görüş sentyabrın 20-də saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Kəpəz” bu oyundan sonra doğma publika ilə uzun müddətə vidalaşacaq. “Sarı-göylər”in növbəti ev matçı oktyabrın ortalarında “Zirə”yə qarşı olacaq.