DÇ-2018-in 1/8 final mərhələsi başa çatdıqdan sonra yarışın bombardirlər cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya İngiltərə yığmasının hücumçusu Hari Keyn başçılıq edir.
Onun hesabında 6 qol var. Liderin ən yaxın izləyiciləri britaniyalılardan iki top geri qalır. Onlardan biri Kriştianu Ronaldo (Portuqaliya) üçün mundial başa çatıbsa, Romelu Lukaku (Belçika) qol sayını artırmaq imkanına malikdi.
Bombardirlər yarışında 4-9-cu yerlərdə qərarlaşanların hərəsi 3 qol vurub. Onlardan ikisi Yerri Mina (Kolumbiya) və Dieqo Kosta (İspaniya) 1/4 finalı kənardan izləyəcək. Denis Çerışev, Artyom Dzyuba (hər ikisi Rusiya), Edinson Kavani (Uruqvay) və Killian Mbappe (Fransa) isə fərqlənmək şanslarını qoruyur.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək