
Misli Premyer Liqasının XII turunun "Sumqayıt" - "Sabah" matçından (1:0) sonra qonaqların baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib.
"Rəqibi təbrik edirəm. Bura xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, buna nail ola bilmədik. Oyuna biz nəzarət edirdik. Amma hücumda xüsusi nəsə yarada bilmədik".
- Üstün oynasaz da, nəticə olmur. Bunun səbəbi nədir?
- Bunu demək çətindir. Bu gün oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Çoxlu qol fürsətləri yaratdığımızı deyə bilmərəm. Belə oyunlarda müdafiədə də səhv etməməlisən.
- Futbolçuların keyfiyyəti istənilən səviyyədə deyil?
- Bunu oyunçuların keyfiyyəti ilə bağlamaq istəməzdim. Çünki əvvəlki matçlarda da bu futbolçular oynayıb.
- Rikardo Fernandes: "Düzdür, başqa klublardan təkliflər oldu"
- Emreli üçün Bundesliqadan iki müştəri - TRANSFERDƏ İSRARLIDIRLAR
- Mahir Emreli məşqləri bərpa etdi - FOTO
- Samir Musayev: “Bu çempionatda “Qarabağ”la rəqabət aparacaq komanda yoxdur”
- "Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya