Misli Premyer Liqasının XX turunun "Şamaxı" - "Turan Tovuz" matçından (0:0) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticədir. Hər iki komanda qol epizodları yarada bilmirdi. Təəssüflər olsun ki, əvəzetmələr də uğurlu alınmadı".
- Qol epizodlarının olmamasının səbəbi nədir?
- "Şamaxı"nın müdafiəsi yaxşı oynadı. İstənilən halda daha çox qol epizodu yaratmalı idik. Məşqlərdə çalışdıqlarımızı edə bilmədik. Təhlillər aparacağıq.
- Yeni transferiniz Mark Rene Mampassi oynamağa hazırdır?
- Uzun müddətdir ki, məşq etməyib. Ümid edirik ki, bizə fayda verəcək.