Karyerasında 4-cü dəfə dünya çempionu olan paraatlet Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb.
Apasport.az Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, o, buna Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında imza atıb.
L.Vəliyeva mundialda həm 100, həm də 400 metr məsafəyə qaçış üzrə qızıl medalları əldə edib.
Qeyd edək ki, 22 yaşlı çempion həmçinin bu göstərici ilə müstəqillik illərində Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar arasında Rafael Ağayevdən (karate üzrə 5 qat dünya çempionu) sonra üç dəfədən çox dünya çempionu olan növbəti idmançıdır.
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO