[b]Lionel Messinin zəif nöqtəsi: 7 penaltidən 3 qol [/b]
16.06.2018 - 20:34
[b]Lionel Messinin zəif nöqtəsi: 7 penaltidən 3 qol

[/b]

Dünyanın ən yaxşı futbolçularından biri olan Lionel Messinin zəif cəhəti üzə çıxıb. Apasport.az saytının məlumatına görə, Argentina millisinin lideri penaltiləri qola çevirməkdə çətinliklə üzləşir.

 

Belə ki, DÇ-2018-in İslandiya ilə görüşündə belə imkanı boşa verən Messi son 7 zərbədən istifadə faizini 50-dən aşağı endirib. Milli və “Barselona”dakı son 7 penaltidən yalnız 3-üçünü dəqiq vuran Lionel 4-cü xətasını Rusiyadakı mundialda yaşayıb.