Azərbaycan - Macarıstan matçından (1:2) sonra qonaqların baş məşqçisi Marko Rossinin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, baş məşqçi oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan yığmasından gözləntiləriniz nə idi? Sürprizlə qarşılaşdız?
- Dünən də vurğulamışdım, rəqibə hörmətlə yanaşırdıq. Oyunu diqtə etməyə çalışırdıq. 85-ci dəqiqəyə qədər bunu bacardıq. Son 10 dəqiqədə Azərbaycan millisi üstünlüyə yiyələndi. Azərbaycan yığması üçün gileylənməyə dəyməz. Yaxşı rəqib idilər. Lakin statistika bizim tərəfimizdə idi.
- Buraxdığınız qolu necə dəyərləndirirsiz? Sanki top ələ dəymişdi…
- Texniki zonadan görünmürdü. Təkrarına baxdıq, ələ dəydiyi göründü. Təəssüf ki, VAR bu gün çalışmırdı.
- Bu gün fərqli sistemlə çıxış etdiz. Nəticədən və oyundan razı qaldız?
- Yaxşı oynadıq. Kifayət qədər epizod yaratdıq. Oyunun ritmini əlimizdə saxladıq. Komandamdan razı qaldım. Yalnız son 10 dəqiqədə çaşbaşlıq var idi.
- İki qapıçı ilə çıxış etdiz. Çıxışlarından razı qaldız?
- Hər ikisi yaxşı, səhvsiz oynadı. Gənc qolkiperi oyuna salmağımız öncədən planlaşdırılan dəyişiklik idi.
- Azərbaycan millisində fərqləndirdiyiniz oyunçu oldu?
- Mahir Emrelini vurğulamaq istəyərdim. Maraqlı oyunçudur. Təsadüf deyil ki, II Bundesliqada “Nürnberq”də çıxış edir. Həmçinin onun komanda yoldaşlarını da təbrik edirəm. Bu millidən narazı qalmaq doğru olmaz.
- Daha öncə də millimizə qarşı oynamısız. Oyun planında hansı dəyişiklikləri gördüz?
- İlk oyunumuz yadıma gəlir, 3:1 hesabı ilə qalib gəlmişdik. Çətin oyun olmuşdu. Budapeştdəki matçda da çətinlik yaşamışdıq. Azərbaycan millisi ümumilikdə yaxşı təşkil olunmuş komandadır. Bizə qarşı 3 oyunda da yaxşı çıxış ediblər.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib