Mahir Emrelinin bilək sümüyü qırılıb
29.04.2025 - 09:15

Almaniya II Bundesliqa təmsilçilərindən "Nürnberq"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
31-ci turda keçirilən "Fortuna" ilə matçda 28 yaşlı futbolçu bilək sümüyündən zədə alıb.
Hazırda zədə cərrahi müdaxilə olmadan müalicə olunur. Emreli xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcək.
Qeyd edək ki, Mahir 3:3 hesabı ilə yekunlaşan "Fortuna" ilə matçda komandasının 2-ci qolunu vurub.
- FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
- Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb
- Vüqar Mustafayev Azərbaycan çempionatlarında yubiley matçına çıxıb
- “Neftçi” Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub
- Vaqif Cavadov: "Başqa məşqçilərə belə suallar verə bilirsiz?"
0
0