[b]Maradona Rusiyada günə nə qədər qazanır? [/b]
29.06.2018 - 13:55
[b]Maradona Rusiyada günə nə qədər qazanır?
[/b]

FİFA Argentina millisinin sabiq üzvü Dieqo Maradonaya görə külli miqdarda ödəniş edir. Apasport.az saytı “Daily Mail”ə istinadən xəbər  verir ki, argentinalı əfsanə qurumun prezidenti Canni İnfantino tərəfindən yaradılmış “əfsanələr hovuzu”nun üzvlərindən biridi.

 

FİFA dünya çempionatı çərçivəsində Rusiyada qaldığı hər gün üçün Maradonaya 11 min avro ödəniş edilir.

 

Qeyd edək ki, Dieqonun mənzil, nəqliyyat və digər xərcləri də qarşılanır.