Belarus Stolüstü tennis komandası III MDB Oyunlarında iştirak etmək üçün ölkəmizə gəlib.
Apasport.az xəbər verir ki, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələri tərəfindən qarşılanıb.
Komandası baş məşqçisi Rostislav Jadıko III MDB Oyunları üçün ölkəmizə gəlməyinə görə şad olduğunu bildirib
“Bu gün burada olmağa çox şadıq. Düşünürəm ki, qələbə ilə evimizə qayıdacağıq. Məşqlərə ilin əvvəlində başlamışıq. Yarışların hansı qaydada keçiriləcəyini biləndən sonra məşqlərimizə ona uyğun şəkildə başladıq. Komandamız 9 nəfərdən ibarətdir. İdmançılarımızın stolüstü tennisdə bütün qızıl medallarıq azanacağına və ölkəmizi gözəl şəkildə təmsil edəcəyimizə ümid edirəm”, - o deyib.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.
- Bakıda avtomobil festivalı: Retro şou
- Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək
- Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb