[b]Meksikadan Cənubi Koreyaya görə 20%-lik endirim[/b]
28.06.2018 - 18:30
Meksika İsveçlə oyunda qeydə alınan 0:3 hesablı məğlubiyyətə baxmayaraq, Cənubi Koreyanın Almaniyaya qalib gəlməsi (2:0) nəticəsində 1/8 finala yüksəlib. Apasport.az saytının məlumatına görə, “Aeromexico” aviaşirkəti Cənubi Koreyaya səfər etmək niyyətində olan sərnişinlər üçün xüsusi aksiyaya start verib.
Sözügedən istiqamətdə uçuşların qiymətinə 20% endirim elan olunub. Aviaşirkət bu üsulla Almaniya üzərindəki qələbəyə görə Cənubi Koreyaya minnətdarlığını bildirib.
İyul ayının 1-dən etibarən biletləri əldə etmək mümkün olacaq. Endirim il boyu davam edəcək.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0