[b]Mərakeş FİFA-ya şikayət etdi[/b]
28.06.2018 - 19:22
Mərakeş Kral Futbol Federasiyası FİFA-nın prezidenti Canni İnfantinoya məktub ünvanlayıb. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisi DÇ-2018-in oyunlarındakı hakimlikdən şikayət edib.
Qurumun prezidenti Fouzi Lekdjaanın imzaladığı məktubda Portuqaliya (0:1) və İspaniya (2:2) ilə matçlardakı hakim səhvləri qabardılıb. Mərakeşlilər ciddi hakim səhvləri üzündən mundialla ədalətsizcəsinə vidalaşmalı olduqlarına üzüldüklərini bildirib.
Afrikalılar videotəkrar sistemindən də şikayətlənib. Məktubda VAR-dan güclü komandaların xeyrinə istifadə edildiyi də vurğulanıb.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0