Argentina millisinin kapitanı Lionel Messi Avstriya ilə oyunun ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın J qrupunun II turunda keçirilən görüşdə komandasının 2:0 hesablı qələbəsində əsas pay sahibi olub.
Messi qarşılaşmada komandasının hər iki qolunu vurub, eyni zamanda dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adına yiyələnib. Argentinalı ulduz mundiallardakı qollarının sayını 18-ə çatdıraraq Miroslav Klozeni geridə qoyub.
Bununla yanaşı, Messi qaçırdığı penalti ilə də tarixə düşüb. O, dünya çempionatları tarixində 3 penalti qaçıran ilk futbolçu olub.
Qeyd edək ki, Argentina bu qələbə sayəsində J qrupunda xalını 6-ya yüksəldib və pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi