[b]Messi yığmadakı karyerası ilə bağlı yayılan xəbərlər haqda [/b]
25.06.2018 - 16:59
[b]Messi yığmadakı karyerası ilə bağlı yayılan xəbərlər haqda
[/b]

Argentinalı ulduz Lionel Messi yığmadakı karyerası ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu millidə çıxışını davam etdirəcəyini deyib.

 

O bildirib ki, Rusiya keçirilən dünya çempionatı onun üçün son yarış olmayacaq: “İndiyə kimi ən əhəmiyyətli turnirlərin hamısını qazandım. Amma sonuncusu üçün çox həvəsliyəm. Ölkəmlə dünya çempionu olmayınca futbolu buraxmayacam”.

 

Qeyd edək ki, DÇ-2018-də D qrupunda yer alan Argentina İslandiya ilə heç-heçə edib (1:1), Xorvatiyaya uduzub (0:3). Messinin komandası son turda Nigeriya ilə üz-üzə gələcək.