[b]Messini məyus etdi, ən yaxşı seçildi - FOTO[/b]
16.06.2018 - 19:24
[b]Messini məyus etdi, ən yaxşı seçildi
 - FOTO[/b]

DÇ-2018-in Argentina – İslandiya matçının ən yaxşısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmada Avropa təmsilçisinin qapıçısı fərqlənib.

 

Hennes Tor Haldorsson oyunun ən yaxşı futbolçusu adına yiyələnib. Düzdü, islandiyalı bu matçda bir qol buraxıb. Lakin qolkiper hesab 1:1 olarkən rəqibin lideri Lionel Messinin penalti zərbəsini dəf etməklə cənubi amerikalılara məyusluq yaşadıb.