Millətlər Liqası: Yığmamız İsrail seçməsi ilə heç-heçə edib
18.10.2025 - 15:33
Millətlər Liqası: Yığmamız İsrail seçməsi ilə heç-heçə edib

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, yığmamız İsraillə üz-üzə gəlib.

"Bayıl Arena" stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.