Millimiz beynəlxalq turnirdə 7 medal qazanıb
24.09.2024 - 16:39
Savat idman növü üzrə Azərbaycan millisi Avstriyanın Veyz şəhərində keçirilən klublararası Dünya Kubokunda 7 (5 qızıl, 1 gümüş və 1 bürünc) medal qazanıb.
Apasport.az xəbər verir ki, savatın assault növü üzrə kadetlər arasında Ağamirzə Mahmudbəyli (30 kq), gənclər arasında Yasin İbrahimov (56 kq), Nicat Məhəmmədli (60 kq) və Əli Bəylərzadə (75 kq) qızıl medal qazanıblar.
Prokombat növündə isə Nicat Məhəmmədli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Assault növündə böyüklər arasında Tutu İsmayılova (48 kq) gümüş, Həsən Əliyev (65 kq) bürünc medala yiyələniblər.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0