Millimiz Gürcüstan yığmasına darmadağın oldu
06.02.2026 - 15:42
Millimiz Gürcüstan yığmasına darmadağın oldu

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, Tbilisidə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:6 hesabı ilə uduzub.

Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 9-da keçiriləcək.