Millimiz Latviyaya yola düşdü
05.06.2025 - 13:32
Yoldaşlıq görüşü çərçivəsində Latviya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.
Komandamız iyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
0
0