Millimizin qapıçısı Super Liqada klubunu dəyişib
08.12.2025 - 11:36
Millimizin qapıçısı Super Liqada klubunu dəyişib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

Apasport.az xəbər verir ki, 23 yaşlı qolkiper Superliqada yarışan Girəsunun "Sanayispor" komandasına keçib.

Xatırladaq ki, 2020-ci ildən əsas yığmamızda forma geynən qolkiper son mövsümdə "Fatih Vətən"in qapısını qorumuşdu.