Millimizin üzvü “Zirə”də - RƏSMİ
06.01.2026 - 18:06
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “qartallar” Xorvatiyanın “Varajdin” klubunda çıxış edən Rüfət Abdullazadə ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 24 yaşlı vinger cari mövsümün sonunadək satınalma hüququ ilə icarəyə götürülüb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan Rüfət Abdullazadə bu mövsüm komandası ilə keçirdiyi 10 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0