“Neftçi” basketbol komandasının avrokubok oyununun məkanı dəyişib
12.10.2026 - 15:05
“Neftçi” basketbol komandasının FIBA Avropa Kubokunda Latviyanın VEF klubu ilə Bakıda keçirəcəyi oyunun məkanı dəyişib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Qarşılaşma oktyabrın 14-də “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq və saat 19:00-da başlayacaq.
Qeyd edək ki, matçın daha əvvəl Bakı İdman Sarayında oynanılması planlaşdırılırdı.
0
0