[b]Misirin uduzmasına dözməyən məşqçi infarktdan öldü[/b]
26.06.2018 - 11:21
[b]Misirin uduzmasına dözməyən məşqçi infarktdan öldü[/b]

Misirin “Zemalek” klubunun sabiq baş məşqçisi Abdul Rəhim Məhəmməd dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, onun ölümünə Rusiyada keçirilən dünya çempionatının A qrupunun III turunda yığmasının Səudiyyə Ərəbistanına məğlubiyyəti səbəb olub.

 

Belə ki, “Zemalek”də futbolçu kimi də oynamış Məhəmməd Misirin dövlət televiziyasında qarşılaşmanı şərh edirmiş. O, Səudiyyə Ərəbistanının 90+5-ci dəqiqəsində vurduğu qolla Misirə 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra özünü pis hiss edib və infarkt keçirib. “Zemalek”in sabiq kapitanını dərhal xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

 

Onun həmkarları bildiriblər ki, Məhəmməd səhhətindən heç vaxt şikayət etməyib. Lakin Misir – Səudiyyə Ərəbistanı matçında həmyerlilərinin səhvlərindən çox əsəbiləşib və nəticəsi də ölümü bahasına başa gəlib.

 

Qeyd edək ki, Misir A qrupunda Səudiyyə Ərəbistanından öncə Rusiya və Uruqvaya da uduzub.