Milli Olimpiya Komitəsinin (MOK) nümayəndəsi Günay Əsgərova Böyük Britaniyanın Birmingem şəhərində IWG Qlobal Sammitində iştirak edib.
Apasport.az xəbər verir ki, bunu MOK-un mətbuat xidməti açıqlayıb.
G.Əsgərova panel sessiyalarında və görüşlərdə iştirak edərək qadın liderliyi, gender bərabərliyi və beynəlxalq əməkdaşlıq imkanlarına dair müzakirələrə qoşulub.
Sammit 1200-dən çox nümayəndəni bir araya gətirərək daha inklüziv və bərabər idman mühitinin formalaşdırılması istiqamətində qlobal dialoqa töhfə verib.
IWG Qlobal Sammiti idmanda qadınlar və qızlar üçün gender bərabərliyinin təşviqi istiqamətində mühüm beynəlxalq platformadır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib