Musa Qurbanlının komandası İsveç kubokunun finalında
17.03.2024 - 22:51
Musa Qurbanlı İsveç kubokunun finalına vəsiqə əldə edib.
Apasport.az xəbər verir ki, onun şərəfini qoruduğu “Yurqorden” yarımfinalda qələbə qazanıb.
Komanda bu mərhələdə AİK-lə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti zərbələri zamanı 3:2 hesabı ilə qalib gələn “Yurqorden” cütün qalibi olub. O, matçı ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, "Yurqorden"in finalda rəqibi “Malmö” olacaq. Həlledici oyun mayın 9-da baş tutacaq.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq
0
0