Nazilə İsmayılova dünya kubokunda YARIŞDI
31.03.2024 - 18:50
31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya kubokuna start verilib.
Apasport.az xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir.
Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.
Onlardan ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 127 kq (55+72) nəticə ilə bu çəki dərəcəsində 5-ci yeri tutub.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
1
0