“Neftçi” Çin klubunu məğlub edib - YENİLƏNİB
16.01.2026 - 18:59
“Neftçi” Çin klubunu məğlub edib - YENİLƏNİB

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Əbu-Dabidə davam etdirən “Neftçi” bu gün üçüncü – sonuncu yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Çinin “Çenqdu Ronqçenq” komandası ilə qarşılaşıb.

Görüşə saat 17:00-da start verilib. Oyun Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl “Kayrat”a (Qazaxıstan) qalib gəlib – 3:0, “Piramids”lə (Misir) heç-heçə edib – 1:1.