Misli Premyer Liqasında X tur davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun gününə Şamaxıda start veriləcək.
Rayonun eyniadlı komandası "Neftçi"ni qəbul edəcək.
Görüş saat 15:00-da start götürəcək. Matçı FİFA referisi Tural Qurbanov idarə edəcək.
"Ağ-qaralar" bu matçda qələbə qazanaraq yenidən liderliyə yüksəlmək niyyətindədir.
"Şamaxı" isə xal ehtiyatını artıraraq autsayderlərdən daha da uzaqlaşmaq arzusundadır.
Misli Premyer Liqası
X tur
1 noyabr
15:00. "Şamaxı" – "Neftçi" 1:2
Qollar: A. Şuaybu, 24 - Q. Klisman, 15, B. Almeyda, 49
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu