
Azərbaycan Premyer Liqasının III turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.
"Zirə" klubu UEFA Konftans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə "Neftçi"yə müraciət edib.
Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl "Neftçi Arena"dan “Liv Bona Dea Arena”ya dəyişdirilib.
- "Kəpəz"in futbolçusunun cəzası dəyişdirildi
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
- Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
- "Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
- “Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”