Bu gün Azərbaycan I Liqasında VIII tura start veriləcək.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
MOİK “Səbail”i, “Mingəçevir” isə “Baku Sportinq”i qəbul edəcək.
Günün əsas oyunu Xankəndidə baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi ilk dəfə bu arenada meydana çıxacaq. Komandanın rəqibi “Karvan-Yevlax” olacaq.
Qeyd edək ki, Xankəndi Şəhər Stadionu noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılan arenanın tamaşaçı tutumu 8554 nəfərdir.
Azərbaycan I Liqası
VIII tur
19 noyabr
14:00 MOİK – "Səbail"
14:30 "Mingəçevir" – "Baku Sportinq"
16:00 "Xankəndi" – "Karvan-Yevlax"