Misli Premyer Liqasının XV turu çərçivəsində dekabrın 15-i saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst”, “Şimal 1”, “Şimal 2” sektoru), 5 (“Cənub alt” sektorları), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 11:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, noyabrın 23-də keçirilmiş “Neftçi” – “İmişli” matçına onlayn bilet əldə etmiş azarkeşlərin “Sumqayıt”la oyuna girişi sərbəst olacaq.
- FIFA reytinqi: Azərbaycan millisi ili 74-cü pillədə başa vurub
- U-19 millimizin rəqibləri bəlli olub
- Azərbaycan millisinin Avropa çempionatının 2025/2026 mövsümünün II raundundakı rəqibləri müəyyənləşib
- Misli Premyer Liqası: XV turun təyinatları
- Azərbaycan millisi DÇ-2028-ə əsas mərhələdən başlayacaq