"Neftçi" - "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb
28.08.2025 - 13:10
"Neftçi" - "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb

Misli Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 2” sektorları), 3 (“Cənub üst” sektoru), 5 (“Cənub alt” sektoru), 15 (“VIP Silver” sektoru) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

Stadionun kassasında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 11:00-dan etibarən satışda olacaq.

Mövsümlük biletləri də onlayn şəkildə https://bilet.neftchi.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, "Neftçi" - "Turan Tovuz" matçı avqustun 29-u saat 20:30-da “Palms Sports Arena”da baş tutacaq.