Şengündən möhtəşəm start, “Leykers” və “Klippers”dən qələbə – NBA-da gecənin nəticələri
22.10.2026 - 10:52
Şengündən möhtəşəm start, “Leykers” və “Klippers”dən qələbə – NBA-da gecənin nəticələri

NBA-da 2026/27 mövsümünün növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Dallas Maveriks”i 128:110 hesabı ilə məğlub edib.

Şengün yeni mövsümə “dabl-dabl”la başlayıb. Türkiyəli basketbolçu 23 xal, 10 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Hyuston”un heyətində Kevin Durant və Cabari Smit 30 xalla fərqləniblər. Qonaqların ən məhsuldar oyunçusu isə 32 xal toplayan Kuper Fleqq olub.

“Los-Anceles Leykers” öz meydanında “Qolden Steyt Uorriors”a 127:105 hesabı ilə qalib gəlib. Şəhərin digər təmsilçisi “Los-Anceles Klippers” isə “Sakramento Kinqs”i 121:96 hesabı ilə üstələyib.

Gecənin digər görüşlərində “Toronto Reptors” “Çikaqo Bulls”u 43 xal fərqi ilə məğlub edib. “Portlend Treyl Bleyzers” də “Finiks Sans” üzərində böyükhesablı qələbə qazanıb.

NBA, müntəzəm çempionat

22 oktyabr

“Hyuston Rokets” – “Dallas Maveriks” – 128:110

“Los-Anceles Leykers” – “Qolden Steyt Uorriors” – 127:105

“Los-Anceles Klippers” – “Sakramento Kinqs” – 121:96

“Portlend Treyl Bleyzers” – “Finiks Sans” – 124:83

“Toronto Reptors” – “Çikaqo Bulls” – 135:92

“Mayami Hit” – “Minnesota Timbervulvz” – 106:131

“Memfis Qrizzlis” – “Yuta Caz” – 123:103

“Vaşinqton Uizards” – “Milvoki Baks” – 128:116

“Orlando Mecik” – “Atlanta Houks” – 125:132

“Bruklin Nets” – “Şarlott Hornets” – 103:110

“Yeni Orlean Pelikans” – “İndiana Peysers” – 120:123