Naxçıvanda futbol hakimliyi ilə bağlı ödənişsiz seminar keçiriləcək
16.11.2026 - 18:35
Naxçıvanda futbol hakimliyi ilə bağlı ödənişsiz seminar keçiriləcək

Naxçıvanda futbol hakimi olmaq istəyənlər üçün ödənişsiz seminar keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu Naxçıvan Futbol Federasiyası açıqlayıb.

Məqsəd gənc referilərin hazırlanması və gələcəkdə AFFA-nın bayrağı altında keçiriləcək oyunlara cəlb olunmasıdır.

Seminar AFFA və NFF-nin dəstəyi ilə reallaşacaq.