"Neftçi"dən 100-cü qolsuz oyun
24.01.2026 - 18:19
"Neftçi"dən 100-cü qolsuz oyun

Misli Premyer Liqasının 17-ci turu “Neftçi” üçün yubileylə əlamətdar olub. “Ağ-qaralar” “Zirə” ilə ev görüşündə qolsuz heç-heçə edib – 0:0.

Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına görə, bu, “Neftçi”nin Azərbaycan çempionatlarında 100-cü belə matçı olub. Bakı klubu qolsuz heç-heçələrin sayında yalnız “Qarabağ”dan (107) geri qalır.

Qeyd edək ki, “ağ-qaralar”ın ilk qolsuz matçı 1993-cü il martın 6-da “Turan”la ev qarşılaşmasına təsadüf edib. Cari mövsümdə isə 4-cü dəfə belə nəticə qeydə alınıb. Paytaxt təmsilçisi 49 dəfə səfərdə, 1 dəfə neytral meydanda qolsuz oyunun iştirakçısı olan komanda 50-ci dəfə ev görüşünü 0:0 ilə tamamlayıb.