
“Neftçi”nin futbolçusu Edvin Kuçun Rusiya Premyer Liqasına yollanmaq imkanı olsa da, bunu istəməyib.
Apasport.az saytına verilən məlumata görə, Premyer Liqaya geri qayıdan “Torpedo”(Moskva) “Neftçi”nin və Monteneqro milli komandasının üzvü Kuçu transfer etmək istəyib.
Amma monteneqrolu futbolçu “Neftçi”dən ayrılmaq istəməyib və komandada qalmağı seçib.
31 yaşlı futbolçu 2024-cü il iyulun 1-dən “Neftçi”də çıxış edir və onun paytaxt klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, Azərbaycana gələnə qədər “İbar”, “Berane”, “Deçiç”, “Rudar”, “Mladost”(hamısı Monteneqro), “Usti nad Labem”(Çexiya), “Balkani”, “Gjilani”(hər ikisi Kosovo) klublarında oynayıb.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- Saşa Yunisoğlu: “Ferentsvaroş” sanki “Qarabağ”dan çəkinirdi"
- Utziq "Zirə"ni tərk etdi - RƏSMİ
- "Xankəndi"dən yeni transfer
- Azərbaycan I Liqasında 1-ci turun püşkü atılıb