Misli Premyer Liqasında çıxış edən "Neftçi" heyətlə bağlı islahatlarını davam etdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub yay transfer pəncərəsi üçün çalışmalara indidən start verib.
"Ağ-qaralar" iyulda müqaviləsi bitəcək oyunçularla bağlı qərarlarını müəyyənləşdirir.
Bunlardan biri də Bassala Sambudur. İngiltərəli hücumçu mövsümün startında uğursuz çıxış etsə də, daha sonra göstərdiyi performansla özünü doğruldub.
Komandanın baş məşqçisi Yuri Vernidub Sambudan məmnundur. Bassala hazırda mütəxəssisin prioritet forvardıdır.
Ukraynalı çalışdırıcı onun heyətdə qalmasını istəyir. Növbəti aylarda tərəflər arasında razılaşma əldə olunması gözlənilir.
Qeyd edək ki, "Everton"un yetirməsi olan Sambu "Neftçi"nin heyətinə ötən ilin fevralında qoşulub. O, cari mövsümdə "ağ-qaralar"ın bombardiridir - 7 qol.