Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazanıb
12.01.2025 - 11:19
Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, o, yanvarın 7-dən 12-dək Bolqarıstanda keçirilən “Sofia Trophy” yarışında uğurla çıxış edib.
Təmsilçimiz qısa və sərbəst proqram üzrə 23 idmançı arasında 172.80 xalla beşinci yerə çıxıb.
Bununla da Nərgiz Süleymanova dünya çempionatında iştirak etmək hüququ qazanıb.
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0