[b]Nigeriya ilə oyundan sonra Maradonanın vəziyyəti pisləşib - FOTO[/b]
27.06.2018 - 10:22
[b]Nigeriya ilə oyundan sonra Maradonanın vəziyyəti pisləşib - FOTO[/b]

Argentina – Nigeriya oyunundan (2:1) sonra Dieqo Maradonanın sağlamlığında problem yaranıb. Apasport.az saytının “Independent”ə istinadən məlumatına görə, dünya futbolunun əfsanəsi dostlarının köməkliyi ilə stadionu tərk edə bilib.

 

Xoşbəxtlikdən, Maradonanın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Təzyiq problemi ilə üzləşən 57 yaşlı əfsanə, vəziyyəti düzəldikdən sonra şəxsi təyyarəsi ilə Moskvaya qayıdıb.