“Əslində oyunun ilk 25 dəqiqəsini yaxşı keçirdik. Sonra isə hər şey planlarımızdan kənar çıxdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin futbolçusu Eden Azar deyib.
DÇ-2018-in 1/8 final mərhələsinin Yaponiya ilə qarşılaşmasında ən yaxşı seçilən hücumameylli yarımmüdafiəçi matç barədə fikirlərini açıqlayıb: “Buraxılan 2 qoldan qaça bilərdik. Amma bunlara reaksiyamız xoşuma gəldi. Bizim üçün əla treninq oldu. Belçikanın ehtiyat oyunçular skamyasında oyunun gedişini tamamilə dəyişə bilən futbolçular var. Qalib gəlməyimizə və 1/4 finala yüksəlməyimizə şadıq. Bu mərhələdə möhtəşəm oyun olacaq. Çalışacağıq ki, Braziliyaya da qalib gələk”.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək