Ozan Can oynadı, komandası uduzdu
14.12.2025 - 09:48
Ozan Can oynadı, komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland çempionatında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, sözügedən komanda səfərdə “Qroningen”lə arşılaşıb. Matç “Volendam”ın məğlubiyyəti ilə başa çatıb – 0:3.

Oyuna start heyətdə başlayan Ozan ikinci hissənin əvvəlində əvəzlənib.

“Volendam” 16 turdan sonra 14 xalla 15-ci sıradadır.