"Samsunspor"da baş məşqçi dəyişikliyi – Xorvatiyalı mütəxəssis gəlir
14.10.2026 - 16:44
Türkiyənin "Samsunspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisini Nenad Byelitsa çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssisin bu gün Samsuna gələrək mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Nenad Byelitsanın son iş yeri Zaqreb "Dinamo"su olub. "Samsunspor" isə bundan əvvəl Torsten Finklə yollarını ayırıb.
0
0