[b]“Panzer” yolda qaldı[/b]
27.06.2018 - 20:20
[b]“Panzer” yolda qaldı[/b]

DÇ-2018-də daha bir qrupda mübarizəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, F qrupunda 3-cü turun oyunları keçirilb.

 

Son tura qədər qrupdan çıxmaq şanslarını saxlayan üç komandadan – İsveçlə Meksika bir-biri ilə, Almaniya isə Cənubi Koreya ilə qarşılaşıb.

 

Meksikalıları 3 cavabsız qolla məğlub edən İsveç xalını 6-a yüksəldərək qrupdan lider kimi çıxmağı təmin edib. Almaniya isə gözlənilmədən asiyalılara uduzub. “Panzer”lər 0:2 hesablı məğlubiyətdən sonra qrupu sonunucu pillədə bitirərək, mundialla vidalaşıb.

 

Maraqlıdı ki, bu, Almaniya millisinin tarixindəki ən pis dünya çempionatı nəticəsidir. “Bundestim” hələ heç bir mundialda qrupda qalmamışdı.