Paris Olimpiya Oyunlarında daha bir təmsilçimiz mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, 200 m məsafəyə batterflyay üsulunda yarışan üzgüçümüz Ramil Vəlizadə 28 iştirakçı arasında 25-ci olub.
Qeyd edək ki, Vəlizadə ilk "16-lığ"a düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.
***
13:09
Üzgüçümüz Ramil Vəlizadə Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, O, 200 m məsafəyə batterflyay üsulu ilə üzən idmançımız təsnifat mərhələsində 1-ci qrupda çıxış edib. Vəlizadə 4 iştirakçı arasında 2-ci olub.
Ramil məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib. Matin Balsini (Qaçqınların Olimpiya Komandası) və Gerald Ernandesi (Nikaraqua) qabaqlayan üzgüçümüz Petar Petrov Mitsindən (Bolqarıstan) geri qalıb.
İdmançımızın taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək. Ümumilikdə yarışa qatılacaq 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayacaq.
Qeyd edək ki, batterflyayla 200 m məsafəyə üzməkdə yarımfinal mərhələsi də bu gün keçiriləcək. Bu raunda Bakı vaxtı ilə 22:42-də start veriləcək.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar